satellite   Azerspace-1: 11135 H 30000

Suriyada məsciddə partlayış nəticəsində ölənlərin sayı beşə çatıb - YENİLƏNİB

Suriyada məsciddə partlayış nəticəsində ölənlərin sayı beşə çatıb<font color='red'> - YENİLƏNİB</font>

Suriyada İmam Əli şiə məscidində baş verən partlayışda ölənlərin sayı 5-ə çatıb, 21 nəfər yaralanıb.

Bu barədə NTV  "SANA"ya istinadən xəbər verir.

"Əl-Ərəbiyyə"nin məlumatına görə, Homs şəhərinin rəsmiləri partlayışın məscidin içərisinə yerləşdirilmiş xüsusi hazırlanmış partlayıcı qurğu səbəbindən baş verdiyini təsdiqləyib.

Cinayətin motivləri və partlayışı törədən şəxslərin adları hələlik müəyyən edilməyib.

14:42

Naməlum şəxs Suriyanın Homs şəhərində İmam Əli məscidində cümə namazı zamanı partlayış törədib.

NTV xəbər verir ki, bu barədə "SANA" agentliyi məlumat yayıb.

İlkin məlumatlara görə, üç nəfər ölüb, beş nəfər yaralanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM