Banqladeşdə Meqxna çayında iki sərnişin qayığının toqquşması nəticəsində azı 8 nəfər ölüb.
NTV xəbər verir ki, bu barədə “Dhaka Tribune” nəşri yerli polis orqanlarına istinadla məlumat yayıb. Qəzetin yazdığına görə, qəza zamanı hər iki qayıqda onlarla insan yaralanıb.
Cümə gününə keçən gecə Banqladeşin paytaxtı Dəkkədən 115 kilometr məsafədə yerləşən Çandpur şəhəri yaxınlığında baş verən qəzaya sıx dumanın səbəb olduğu bildirilir.
Qayıqlarda bir neçə yüz sərnişin olub və ölənlərin sayının arta biləcəyi istisna olunmur.
