satellite   Azerspace-1: 11135 H 30000

İranda hərbi helikopter qəzaya uğrayıb, ölənlər var - YENİLƏNİB 2

İranda hərbi helikopter qəzaya uğrayıb, ölənlər var<font color='red'> - YENİLƏNİB 2</font>

İranın İsfahan vilayətinin Xamnə şəhərində hərbi helikopterin qəzaya uğraması nəticəsində həlak olanların sayı dörd nəfərə çatıb.

NTV xəbər verir ki, bu barədə IRNA agentliyi fövqəladə hallar üzrə xidmətlərə istinadən məlumat yayıb.

İki pilot və iki sərnişinin həlak olduğu bildirilir.

Qəza texniki nasazlıq səbəbindən baş verib.

11:45

İranın İsfahan vilayətinin Xamnə şəhərində hərbi helikopterin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub.

NTV xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

10:51

İranın Xamnə şəhərində helikopter qəzaya uğrayıb.

NTV xəbər verir ki, bu barədə "Tasnim" məlumat yayıb.

Hadisə meyvə-tərəvəz bazarı kompleksinin ərazisində baş verib.

Digər təfərrüatlar açıqlanmır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM