satellite   Azerspace-1: 11135 H 30000

Çin Moskva və Kiyevi danışıqlar aparmağa çağırıb

Çin Moskva və Kiyevi danışıqlar aparmağa çağırıb

Çin Rusiya və Ukraynanı danışıqlar masası arxasına oturmağa çağırır.

NTV "Global Times"a istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin (XİN) rəsmisi Mao Nin bildirib.

"Çinin Ukrayna böhranı ilə bağlı mövqeyi ardıcıl və aydın olaraq qalır. Ölkəmiz sülhə töhfə verən bütün səyləri dəstəkləyir", - o deyib.

Çin XİN rəsmisinin sözlərinə görə, son vaxtlar Ukrayna böhranının nizamlanmasında nəhayət ki, dialoq pəncərəsi açılıb.

"Dialoq və danışıqlar böhranın həlli üçün yeganə real yoldur. Bütün tərəflərin hərtərəfli, uzunmüddətli və məcburi sülh həllinə nail olmaq üçün bu imkandan istifadə edəcəyi gözlənilir", - Nin bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM