Pakistanın Hayber-Paxtunxva əyalətində polis avtomobilinə edilən terror hücumu nəticəsində polis rəisinin müavini də daxil olmaqla hüquq-mühafizə orqanının altı əməkdaşı ölüb.
NTV xəbər verir ki, bu barədə "Dawn" agentliyi məlumat yayıb.
Hücumun hədəfi iki nəfəri məhkəmə iclasına aparan avtomobil olub.
Hadisə yerinə əlavə polis bölmələri göndərilib, həmçinin hücum edənlərin saxlanılması üçün axtarış əməliyyatlarına başlanılıb.
