satellite   Azerspace-1: 11135 H 30000

“Lufthansa” aviaşirkəti Qazaxıstana uçuşları bərpa edir

“Lufthansa” aviaşirkəti Qazaxıstana uçuşları bərpa edir

Almaniyanın “Lufthansa” aviaşirkəti martın 29-dan etibarən Qazaxıstana uçuşları bərpa edəcəyini açıqlayıb.

NTV Qazaxıstanın Qazinform informasiya agentliyinə istinadla xəbər verir ki, Frankfurt-Mayndan Almatıya həftədə beş, Astanaya isə dörd müntəzəm uçuş həyata keçiriləcək. Reyslər üç sinifli – biznes, premium ekonom və ekonom salonlu Airbus A340-300 təyyarələri ilə yerinə yetiriləcək.

Bildirilib ki, uçuşlar həm birbaşa, həm də Almatı və Astanada dayanacaqla gediş-gəliş formatında təşkil olunacaq. Bu, sərnişinlərə Avropa və Şimali Amerika istiqamətlərinə daha geniş bağlantı imkanı yaradacaq.

Qeyd edək ki, aviaşirkət Qazaxıstana uçuşları 26 oktyabr 2025-ci ildən 29 mart 2026-cı ilədək beş ay müddətinə dayandırmışdı.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM