satellite   Azerspace-1: 11135 H 30000

Bali adasında daşqın: villalar və hotellər zərər görüb

Bali adasında daşqın: villalar və hotellər zərər görüb

İndoneziyanın Bali adasında yağan güclü yağışlar bir sıra ərazilərdə daşqınlara səbəb olub.

NTV İndoneziyanın Antara informasiya agentliyinə istinadla xəbər verir ki, Denpasar şəhərinin bəzi hissələri su altında qalıb. Daşqın sularının hündürlüyü bəzi yerlərdə 1,5 metrə çatıb, villalar və hotellər zərər görüb. Onlarla xarici qonaq təxliyə edilib.

Axtarış-xilasetmə qrupları əraziyə cəlb olunub, dörd kanoe və bir rezin qayıq vasitəsilə sakinlər və turistlər təhlükəsiz ərazilərə köçürülüb.

Hakimiyyət orqanları leysan yağışların davam edə biləcəyi barədə xəbərdarlıq edərək sakinləri və turistləri ehtiyatlı olmağa çağırıb.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM