satellite   Azerspace-1: 11135 H 30000

Ermənistanda parlament seçkiləri 12 milyon dollara başa gələcək

Ermənistanda parlament seçkiləri 12 milyon dollara başa gələcək

Ermənistanda qarşıdakı parlament seçkiləri təxminən 12 milyon dollara başa gələcək.

NTV Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyası (MSK) məlumat yayıb.

Xərclərin məbləği 4,45 milyard dram (təxminən 12 milyon dollar) təşkil edəcək. Bunlardan 1,8 milyard dram məntəqə seçki komissiyası üzvlərinin əməkhaqları olacaq.

MSK, həmçinin seçkilərdə iştirak edən partiyaların və blokların seçki siyahılarının qeydiyyatı üçün zəruri olan sənədlərin nümunəvi formalarını təsdiq edib.

Qərar "Seçki Məcəlləsi" konstitusiya qanununa uyğunlaşdırılıb, buna əsasən parlamentə növbəti seçkilər zamanı partiya/blok seçki siyahısında ilk 30 namizədi qurultayın nəticələrinə əsasən qəbul edilmiş qərarla təsdiq etməlidir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM