satellite   Azerspace-1: 11135 H 30000

Gürcüstanda əməliyyat: Azərbaycan vətəndaşları daxil 85 əcnəbi deportasiya edilib

Gürcüstanda əməliyyat: Azərbaycan vətəndaşları daxil 85 əcnəbi deportasiya edilib

Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti son günlərdə keçirdiyi əməliyyatlar nəticəsində 85 xarici vətəndaşı ölkədən deportasiya edib.

NTV-yə  xəbər verir ki, nazirliyin yaydığı məlumata görə, tədbirlər digər müvafiq bölmələrlə koordinasiyalı şəkildə həyata keçirilib.

Mövcud qanunvericiliyə uyğun olaraq, deportasiya edilən şəxslərin Gürcüstana yenidən girişi də qadağan olunub.

Rəsmi açıqlamada bildirilir ki, ölkədən çıxarılan şəxslər müxtəlif ölkələrin vətəndaşlarıdır. Onlar arasında Azərbaycan, Türkiyə, Rusiya, İran, Çin, Hindistan, Pakistan, Belarus, Ermənistan və digər dövlətlərin vətəndaşları var.

Daxili İşlər Nazirliyi qeyd edib ki, Miqrasiya Departamenti ölkədə qanunsuz qalma hallarının qarşısının alınması istiqamətində kompleks tədbirləri davam etdirəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM