satellite   Azerspace-1: 11135 H 30000

Kanarya adaları yaxınlığında ələ keçirilən kokainlə bağlı Türkiyədə istintaq davam edir

Kanarya adaları yaxınlığında ələ keçirilən kokainlə bağlı Türkiyədə istintaq davam edir

Kanarya adaları yaxınlığında 10 ton kokainin ələ keçirilməsi ilə bağlı Türkiyədə aparılan istintaq ikinci mərhələyə keçib.

NTV xəbər verir ki, bu istiqamətdə aparılan istintaq çərçivəsində mərkəzi İstanbul olmaqla 10 vilayətdə əməliyyat keçirilib, daha 10 nəfər saxlanılıb. Əməliyyat zamanı 135 ev, 47 avtomobil və 42 şirkət payı (səhmlər) müsadirə edilib.

İstanbul Baş Prokurorluğunun koordinasiyası ilə aparılan işlər nəticəsində Avropa İttifaqı Polis Xidmətinə (Avropol) üzv olan ölkələrlə bir sıra hüquqi proseslər həyata keçirilib. Bu proseslər zamanı qarşılıqlı məlumat və sənəd mübadiləsi əsasında “cinayət törətmək məqsədilə təşkilat yaratma”, “narkotik maddələrin qanunsuz dövriyyəsi” və “cinayətdən əldə edilmiş əmlakın leqallaşdırılması (yuyulması)” əməllərini törədən cinayət təşkilatları ilə əlaqəli olduqları müəyyən edilən şübhəli şəxslər aşkarlanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM