satellite   Azerspace-1: 11135 H 30000

Almatıda Azərbaycan və Qazaxıstan diplomatları arasında görüş keçirilib

Almatıda Azərbaycan və Qazaxıstan diplomatları arasında görüş keçirilib

Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib.

NTV xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin Almatıdakı nümayəndəliyinin "Facebook" səhifəsində məlumat verilib.

Məlumata görə, fevralın 24-də Almatıda Qazaxıstan XİN-in Almatı şəhərindəki nümayəndəliyinin rəhbərinin müavini Rəşid Yerişevlə Azərbaycan Respublikası səfirliyinin Almatı şəhərindəki nümayəndəliyinin rəhbəri Vüsal Əliyev arasında görüş keçirilib.

"Yerişev azərbaycanlı diplomatı vəzifəsinin icrasına başlaması münasibətilə təbrik edib və gələcək fəaliyyətində uğurlar arzulayıb. Tərəflər qarşıdakı tədbirlər barədə məlumat mübadiləsi aparıb və əməkdaşlıq perspektivlərini müzakirə edərək, həm ikitərəfli, həm də çoxtərəfli formatlarda tərəfdaşlığın daha da möhkəmləndirilməsi və genişləndirilməsində qarşılıqlı marağı təsdiq ediblər", - məlumatda qeyd olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM