satellite   Azerspace-1: 11135 H 30000

Pakistanda terror aktı: 4 polis həlak olub

Pakistanda terror aktı: 4 polis həlak olub

Pakistanın Pəncab əyalətinin Bhakkar rayonunda kamikadzenin törətdiyi partlayış nəticəsində ən azı dörd polis həlak olub, üç nəfər isə yaralanıb.

NTV Sinxua agentliyinə istinadla xəbər verir ki, hücum polis məntəqəsinin yaxınlığında baş verib. Partlayışdan sonra polis və xilasetmə qrupları hadisə yerinə çataraq yaralıları yaxınlıqdakı xəstəxanaya aparıblar. Təhlükəsizlik qüvvələri ərazini mühasirəyə alıb və axtarış əməliyyatına başlayıb.

Hücumun məsuliyyətini hələlik heç bir qrup öz üzərinə götürməyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM