satellite   Azerspace-1: 11135 H 30000

Brüssel seçkilərdən öncə Macarıstana təzyiq göstərməkdən çəkinir

Brüssel seçkilərdən öncə Macarıstana təzyiq göstərməkdən çəkinir

Baş nazir Viktor Orbanın hökumət başçısı postuna yenidən seçilmək üçün kampaniya apardığı bir vaxtda Avropa İttifaqı liderləri Ukraynaya 90 milyard avro ayrılması üçün Macarıstana təzyiq göstərməkdən çəkinirlər.

NTV xəbər verir ki, “Politico” nəşri bu barədə mənbələrinə istinadla məlumat yayıb. Nəşrin həmsöhbətlərindən birinin sözlərinə görə, Brüssel ən ciddi siyasi sanksiya olan Avropa İttifaqı Müqaviləsinin 7-ci maddəsini işə salmaqla Macarıstanı səsvermə hüququndan məhrum edə bilər, lakin bu, “seçki kampaniyasında Viktor Orbanın xeyrinə işləyərdi”.

Xatırladaq ki, bir müddət öncə Macarıstanın Baş naziri Viktor Orban Kiyevə 90 milyard avroluq kreditin ayrılmasının qarşısını alacağı ilə bağlı Avropa Şurasının rəhbəri Antonio Koştanı məlumatlandırıb.

Macarıstanda parlament seçkiləri aprelin 12-də keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM