satellite   Azerspace-1: 11135 H 30000

Böyük Britaniyada ikili vətəndaşlığı olan şəxslərə xəbərdarlıq edilib

Böyük Britaniyada ikili vətəndaşlığı olan şəxslərə xəbərdarlıq edilib

Böyük Britaniyanın ikili vətəndaşlığı olan, lakin bu ölkənin pasportunu daşımayan şəxslər bu gündən etibarən ölkəyə girişdə problemlə üzləşə bilərlər.

NTV “Sky News”a istinadla xəbər verir ki, yeni qaydalara əsasən, onlar Böyük Britaniyaya səfər edərkən etibarlı Britaniya pasportu və ya xüsusi “Hüququn təsdiqi sertifikatı”nı təqdim etməlidirlər. Əks halda, ölkəyə buraxılmamaq riski ilə qarşılaşacaqlar.

Qaydalar hökumətin Elektron Səyahət İcazəsi (ETA) sistemini tətbiq etməyə başlaması ilə qüvvəyə minib. Yeni sistem çərçivəsində aviaşirkətlər sərnişinlərin uçuşdan əvvəl lazımi sənədlərə malik olub-olmadığını yoxlamalıdır.

Britaniya və İrlandiya vətəndaşları ETA almaqdan azaddırlar. Lakin onlar ölkəyə daxil olarkən Böyük Britaniyada yaşamaq hüquqlarını təsdiqləyən sənəd təqdim etməlidirlər. İkili vətəndaşlığı olan şəxslər bundan əvvəl xarici pasportla, əlavə sertifikat olmadan səyahət edə bilirdilər, lakin sərhəddə vətəndaşlıqlarının yoxlanılması səbəbindən gecikmələrlə üzləşə bilirdilər.

Yeni qaydalara əsasən, ikili vətəndaşlığı olanlar Böyük Britaniyaya giriş üçün ya Britaniya pasportu, ya da yaşayış hüququnu xarici pasportla əlaqələndirən sertifikat təqdim etməlidirlər. Maliyyə baxımından isə Britaniya pasportu almaq daha sərfəlidir. Belə ki, pasport üçün müraciət haqqı 94,50 funt sterlinq olduğu halda, “Hüququn təsdiqi sertifikatı”nın qiyməti 589 funt sterlinq təşkil edir. Bundan əlavə, viza tələb olunmayan 85 ölkənin vətəndaşları da Böyük Britaniyaya səfər etməzdən əvvəl ETA almalıdırlar. Bu addım hökumətin tam rəqəmsal sərhəd sisteminə keçid planının bir hissəsidir.

Ölkənin Daxili İşlər Nazirliyi bildirib ki, 2024-cü ilin oktyabr ayından etibarən ikili vətəndaşlığı olanlara xəbərdarlıq edilib və ETA sistemi ilə bağlı məlumatlandırma kampaniyası 2023-cü ildən aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM