satellite   Azerspace-1: 11135 H 30000

“Paris-2024”ün medalları yenisi ilə əvəz olunur

“Paris-2024”ün medalları yenisi ilə əvəz olunur

Azərbaycan idmançılarının “Paris-2024” Yay Olimpiya Oyunlarında qazandığı və sonradan aşılanmaya məruz qalan medalların geri qaytarılması ilə bağlı işlərə start verilib.

Milli Olimpiya Komitəsindən NTV-yə verilən məlumata görə, Beynəlxalq Olimpiya Komitəsi (BOK) məsələ ilə bağlı medalların istehsalçısı olan, LVMH şirkətinin tərkibində fəaliyyət göstərən “Chaumet” zərgərlik evinə müraciət edib.

Şirkətdən bildirilib ki, sifariş növbəyə alınıb və aşılanmaya məruz qalan medalların dəyişdirilməsi prosesi mərhələli şəkildə həyata keçirilir. Hazırda Azərbaycan idmançılarının aşılanmış medallarının dəyişdirilməsi növbəsi çatıb.

Bu günlərdə Milli Olimpiya Komitəsi medalları Fransaya göndərəcək və onlar yenisi ilə əvəz olunacaq.

İlk növbədə taekvondoçu Qaşım Maqomedovun və yunan-Roma güləşi üzrə mükafatçı Həsrət Cəfərovun medallarının göndərilməsi təmin ediləcək.

Məlumata görə, yeni medalların hazırlanma müddəti təxminən 3-5 həftə davam edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM