satellite   Azerspace-1: 11135 H 30000

Si Cinpin: Çin və Almaniya strateji tərəfdaşlığın inkişafına töhfə verməlidir - YENİLƏNİB

Si Cinpin: Çin və Almaniya strateji tərəfdaşlığın inkişafına töhfə verməlidir<font color='red'> - YENİLƏNİB</font>

Çin və Almaniya iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlığın inkişafını təşviq etməlidirlər.

NTV "Sinxua" agentliyinə istinadən xəbər verir ki, bu barədə Çin Sədri Si Cinpin Pekində Almaniya Kansleri Fridrix Merts ilə görüşü zamanı bildirib.

Çin lideri qeyd edib ki, dünyada artan qeyri-sabitliyi nəzərə alaraq, strateji kommunikasiyanı gücləndirmək, strateji qarşılıqlı etimadı artırmaq lazımdır.

O, həmçinin Almaniya tərəfinə innovasiyalar sahəsində əməkdaşlıq təklif edib, süni intellekt texnologiyaları sahəsində əməkdaşlığı irəlilətməyə çağırıb.

Ukrayna böhranına toxunan Si Cinpin qeyd edib ki, dialoq və danışıqlar yolu ilə həll axtarışı bu məsələnin nizamlanmasının açarıdır.

14:04

NTV xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

Digər təfərrüatlar açıqlanmır.

Xatırladaq ki, F.Merts bu gün Çinə iki günlük səfərə gedib. O, artıq Baş nazir Li Tsyanla danışıqlar aparıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM