satellite   Azerspace-1: 11135 H 30000

Orban enerji obyektlərinin təhlükəsizliyini gücləndirməyi tapşırıb

Orban enerji obyektlərinin təhlükəsizliyini gücləndirməyi tapşırıb

Baş nazir Viktor Orban Macarıstanda kritik enerji infrastrukturunun mühafizəsinin gücləndirilməsinə göstəriş verib.

NTV xəbər verir ki, bu barədə Orban sosial şəbəkə hesabında bildirib.

“Ukrayna hökuməti neft blokadası ilə Macarıstan və Slovakiya hökumətlərinə təzyiq göstərir. Ukrayna bununla da dayanmayacaq. Onlar Macarıstanın enerji sisteminin funksionallığına daha çox mane olmaq üçün hazırlıqlar görürlər. Macarıstana hədə-qorxu gəlmək olmaz!”, - Orban vurğulayıb.

Qeyd edək ki, Macarıstan və Slovakiyaya neft tədarükü üçün həyati əhəmiyyət daşıyan “Drujba” boru kəməri fəaliyyətini dayandırıb. Ukrayna bunun Rusiyanın hücumları nəticəsində baş verdiyini iddia edir. Macarıstan və Slovakiya isə neft tədarükünün Ukrayna tərəfindən qəsdən dayandırıldığını açıqlayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM