satellite   Azerspace-1: 11135 H 30000

Barselonada turistlər üçün vergi ikiqat artırılıb

Barselonada turistlər üçün vergi ikiqat artırılıb

İspaniyanın Barselona şəhərində turistlər üçün vergi 1 gün üçün 15 avroya çatır. Barselona Avropada turistlərə ən yüksək qiymət tətbiq edən şəhərlərdən biridir.

NTV “boursier.com” saytına istinadla xəbər verir ki, məqsəd turist axınını azaltmaq və mənzil böhranını həll etməkdir.

Kataloniya parlamentinin qərarına görə turistlər üçün gündəlik oteldə qalma vergisinin maksimal həddi apreldən etibarən 15 avro müəyyən edilib. Hazırda bu rəqəm 7,5 avrodur.

Son illər regionda turistlərdən narazılıq artıb. Yerli sakinlər iddia edirlər ki, turist axını şəhərdə mənzil böhranına səbəb olub.

Barselona parlamentinin daha əvvəl qəbul etdiyi qərara əsasən 2028-ci ildən etibarən mənzillərin qısa müddətə kirayə verilməsi qadağan olunacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM