satellite   Azerspace-1: 11135 H 30000

Kamçatka sahillərində 6,5 maqnitudalı zəlzələ qeydə alınıb

Kamçatka sahillərində 6,5 maqnitudalı zəlzələ qeydə alınıb

Kamçatka sahillərində 6,5 maqnitudalı yeraltı təkan qeydə alınıb.

NTV Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialından məlumat verilib.

"Maqnituda: 6,5. Petropavlovsk-Kamçatskidə intensivlik (ilkin qiymətləndirmə): 3 bal", - məlumatda qeyd edilib.

Bildirilib ki, zəlzələ şəhərdən 236 km məsafədə baş verib. Yeraltı təkanların episentri 32,9 km dərinlikdə yerləşib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM