satellite   Azerspace-1: 11135 H 30000

Türk Dünyası Parlamentarilər Birliyi: Xocalı cinayətlərinin iddia müddəti yoxdur

Türk Dünyası Parlamentarilər Birliyi: Xocalı cinayətlərinin iddia müddəti yoxdur

Azərbaycan xalqına qarşı qanlı cinayətlərdə iştirak edən bütün şəxslər məsuliyyətə cəlb olunmalıdır. Xocalı işində tarixi ədalətin zəfəri gələcəkdə analoji vəhşiliklərin qarşısının alınmasının açarıdır.

NTV xəbər verir ki, bu barədə Ankarada yerləşən Türk Dünyası Parlamentarilər Birliyi təşkilatının Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı yaydığı bəyanatda bildirilib. Dünyanın hər yerindən keçmiş parlamentariləri birləşdirən təşkilat erməni təcavüzkarlarının Xocalıda törətdiyi vəhşilikləri insanlığa qarşı cinayət və BMT-nin Soyqırımı Cinayətinin Qarşısının Alınması və Cəzalandırılması haqqında Konvensiyasının kobud şəkildə pozulması adlandırıb.

Türk Dünyası Parlamentarilər Birliyi Xocalıdakı qırğınlar kimi cinayətlərin iddia müddətinin olmadığını vurğulayıb. “Azərbaycanın yüzlərlə mülki vətəndaşına qarşı vəhşiliklərdə iştirak edən hər kəs cəzalandırılmalıdır. Xocalı unudulmayacaq!” - deyə təşkilatın baş katibi, 21-ci çağırış Türkiyə parlamentinin üzvü Nail Çələbinin imzaladığı bəyanatda bildirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM