satellite   Azerspace-1: 11135 H 30000

Media: Trampın müşavirləri İrana məhz İsrailin hücum etməsinin daha faydalı olacağını düşünürlər

Media: Trampın müşavirləri İrana məhz İsrailin hücum etməsinin daha faydalı olacağını düşünürlər

ABŞ Prezidenti Donald Trampın müşavirləri hesab edirlər ki, İsrailin İrana hücumu ABŞ üçün daha sərfəli olacaq. Onların fikrincə, İranın mümkün cavab zərbələri Vaşinqtona münaqişəyə girmək üçün bəhanə verəcək.

NTV xəbər verir ki, “Politico” nəşri bu barədə mənbələrinə istinadla məlumat yayıb. Nəşrin həmsöhbətinin sözlərinə görə, ABŞ və İsrailin birgə hücumu ən çox ehtimal olunan ssenaridir.

Vaşinqton administrasiyasına yaxın olanlar ABŞ-nin İrana, əsasən də nüvə obyektlərinə zərbələr endirəcəyinə əmindirlər.

Xatırladaq ki, fevralın 17-də Cenevrədə Omanın vasitəçiliyi ilə ABŞ və İran arasında nüvə danışıqlarının ikinci mərhələsi baş tutub. Birləşmiş Ştatların Vitse-prezidenti Ceyms Devid Vens Tehranın danışıqlar zamanı Ağ Ev tərəfindən irəli sürülən bir neçə prinsipial mövqeni qəbul etmədiyini bildirib.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM