satellite   Azerspace-1: 11135 H 30000

“Sabah” qəzeti: Xocalı ağrısı Türk dünyasının yaddaşında silinməz izlər buraxıb

“Sabah” qəzeti: Xocalı ağrısı Türk dünyasının yaddaşında silinməz izlər buraxıb

Azərbaycan işğalçıları döyüş meydanında məsuliyyətə cəlb etdi, Xocalının günahsız qurbanlarının qanının yerdə qalmasına imkan vermədi.

NTV  xəbər verir ki, bu fikirlər Türkiyənin “Sabah” qəzetində Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş məqalədə yer alıb.

Məqalədə Xocalı ağrısının türk dünyasının yaddaşında silinməz izlər buraxdığı qeyd olunub.

“İkinci Qarabağ müharibəsi uzun müddətdir davam edən erməni işğalına son qoydu. Qalib Azərbaycan xalqı bu gün Xocalıda 613 şəhidin xatirəsini ehtiramla yad edir”, - deyə Türkiyə qəzetinin məqaləsində bildirilir.

Yazıda 44 günlük Vətən müharibəsində Azərbaycanın Zəfəri dünya tarixində hərb sənətinin dönüş nöqtəsi adlandırılır.

Məqalədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın ədalətli mübarizəsini dəstəkləyən çoxsaylı açıqlaması xatırladılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM