Türkiyənin İstanbul şəhərinin terror aktı planlaşdıran İnqilabçı Xalq Qurtuluş Partiyasının (terrorçu təşkilat kimi tanınır) dörd üzvü saxlanılıb.
NTV "A Haber"ə istinadən xəbər verir ki, sözügedən şəxslər Türkiyə xüsusi xidmət orqanlarının keçirdiyi əməliyyat zamanı müəyyənləşib.
Kəşfiyyat tədbirləri ilə şübhəlilərin İstanbulda təşkilatın qeyri-qanuni strukturlarında fəaliyyət göstərdiyi ortaya çıxıb. Onların şəhərin müxtəlif kritik nöqtələrində silahlı və bombalı hücum həyata keçirməyə hazırlaşdıqları bildirilib.
Hazırda faktla bağlı araşdırma aparılır.
