satellite   Azerspace-1: 11135 H 30000

BMT: 2025-ci ildə təhlükəli miqrasiya marşrutlarında 8 minə yaxın insan ölüb və ya itkin düşüb

BMT: 2025-ci ildə təhlükəli miqrasiya marşrutlarında 8 minə yaxın insan ölüb və ya itkin düşüb

2025-ci ildə təhlükəli miqrasiya marşrutlarında, o cümlədən Aralıq dənizi və Afrika Buynuzu regionundan keçən yolda 7 667 nəfər ölüb və ya itkin düşüb.

NTV "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatı (IOM) məlumat verib.

Qeyd olunub ki, qurbanların real sayı, yəqin ki, xeyli çoxdur, çünki maliyyələşmənin azalması humanitar əlçatanlığı və ölüm hallarının izlənilməsi imkanlarını məhdudlaşdırıb.

"Miqrasiya marşrutlarında insanların ölümünün davam etməsi qlobal uğursuzluqdur və biz bunu norma hesab edə bilmərik. Bu ölümlər qaçılmaz deyil. Təhlükəsiz yollar əlçatan olmadıqda, insanlar təhlükəli səyahətlərə çıxmağa, qaçaqmalçıların və insan alverçilərinin əlinə düşməyə məcbur olurlar. Biz təhlükəsiz və qanuni marşrutları genişləndirmək və statusundan asılı olmayaraq ehtiyacı olanların müdafiəsini təmin etmək üçün indi hərəkətə keçməliyik", - "Reuters" IOM-un Baş direktoru Emi Poupdan sitat gətirib.

Tendensiya 2026-cı ildə də davam edir: fevralın 24-nə olan məlumata görə, Aralıq dənizində ölən miqrantların sayı 606 nəfərə çatıb, - IOM-dan əlavə edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM