satellite   Azerspace-1: 11135 H 30000

BMT yanında Daimi Nümayəndəlik: Azərbaycan regionda sülh qurulması üçün səylərini davam etdirəcək

BMT yanında Daimi Nümayəndəlik: Azərbaycan regionda sülh qurulması üçün səylərini davam etdirəcək

Azərbaycanın BMT yanında daimi nümayəndəliyi Xocalı sıyqırımının 34-cü ildönümü ilə bağlı ingilis dilində press-reliz yayıb.

NTV-nin məlumatına görə, yazıda bildirilir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilən vəhşilik beynəlxalq səviyyədə insanlığa qarşı cinayət və ya soyqırımı aktı kimi beynəlxalq hüququn kobud şəkildə pozulması kimi pislənib.

Qeyd olunur ki, Azərbaycan münaqişə zamanı mülki şəxslərə və digər qorunan şəxslərə qarşı törədilmiş ağır cinayətləri araşdırmaq və məhkəməyə vermək üçün milli qanunvericiliyinə və beynəlxalq öhdəliklərinə tam uyğun olaraq qətiyyətli addımlar atıb. Bu ayın əvvəlində Azərbaycandakı məhkəmələr əvvəlki münaqişədən qaynaqlanan bir sıra cinayət işləri üzrə qərarlar çıxararaq dəhşətli cinayətlərdə məsul şəxsləri ədalət mühakiməsinə cəlb edib.

“Lakin cinayətkarların əksəriyyəti digər ölkələrdə təhlükəsiz sığınacaq taparaq cəzasız qalıblar. Məsuliyyət danılmazdır və törədilmiş cinayətlərin qaçılmaz nəticəsi olmalıdır. Eyni zamanda, cəzasızlıqla mübarizə əsl barışıq yolunun vacib bir tərkib hissəsidir və bu, dəhşətli əməllərin təkrarlanmasının qarşısını almağa kömək edir. Azərbaycan ədalətin təmin edilməsi, regionda sülh və sabitliyin qurulması, möhkəmləndirilməsi və davam etdirilməsi üçün səylərini davam etdirəcək”,- deyə bəyanatda vurğulanır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM