satellite   Azerspace-1: 11135 H 30000

Britaniya səfirliyi: Azərbaycan-Ermənistan normallaşması dayanıqlı sülhə aparan yeganə yoldur

Britaniya səfirliyi: Azərbaycan-Ermənistan normallaşması dayanıqlı sülhə aparan yeganə yoldur

Böyük Britaniyanın Cənubi Qafqaz regionu üzrə mövqeyi aydın və dəyişməz olaraq qalır.

NTV xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyi bəyanat yayıb.

Qeyd edilib ki, Britaniya Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıyır:

"Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılmasını davamlı və dayanıqlı sülhə aparan yeganə yol kimi dəstəkləyirik".

Bəyanatda qeyd edilib ki, Böyük Britaniyanın Bakıdakı Səfirliyi Əlahəzrət Kral III Çarlzın Hökumətini təmsil edir və Böyük Britaniya Hökumətinin xarici siyasət mövqelərini ifadə edir:

"Səfirlik Böyük Britaniyanın konstitusiya sistemində ayrıca və müstəqil hakimiyyət qolu olan Britaniya Parlamentinin adından çıxış etmir. Parlament Hökumətdən müstəqil fəaliyyət göstərir və onun dinləmələri, müzakirələri və araşdırmaları Əlahəzrət Kral III Çarlzın Hökumətinin rəsmi siyasətini deyil, ayrı-ayrı deputatların və ya parlament komitələrinin mövqelərini əks etdirir. Bu səbəbdən Səfirliyin parlament proseslərinin məzmunu və ya gedişatı ilə bağlı şərh verməsi məqsədəuyğun hesab edilmir. Bununla bağlı bütün sorğular www.parliament.uk ünvanı vasitəsilə birbaşa Britaniya Parlamentinə yönləndirilməlidir".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM