satellite   Azerspace-1: 11135 H 30000

Ötən il Suriyadan 18 Azərbaycan vətəndaşı ölkəyə repatriasiya olunub

Ötən il Suriyadan 18 Azərbaycan vətəndaşı ölkəyə repatriasiya olunub

İnsan hüquqları üzrə müvəkkilin (ombudsman) məruzəsinə əsasən, 2025-ci ildə aidiyyəti dövlət qurumları tərəfindən görülmüş tədbirlər nəticəsində Suriyadan 18 (5 qadın, 13 uşaq) Azərbaycan vətəndaşının ölkəyə repatriasiyası təmin olunub.

NTV xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc komitənin bugünkü iclasında ombudsmanın 2025-ci il üzrə məruzəsinin müzakirəsi zamanı deyib.

Komitə sədri, həmçinin qeyd edib ki, 2025-ci hesabat ilində ombudsmana 42 min 685 müraciət daxil olub:

"Bütövlükdə son 15 ildə ombudsmana müraciətlərin statistikası maraqlı dinamika nümayiş etdirir. Təqdim edilən hesabatda müraciətlərin artım sayındakı çoxalan fərq (13-314) 2011-2015-ci illərdə edilən müraciətlərin cəmi illik sayı qədərdir".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM