satellite   Azerspace-1: 11135 H 30000

Qazaxıstanda qaz partlayışı ilə bağlı faciəni araşdırmaq üçün komissiya yaradılıb

Qazaxıstanda qaz partlayışı ilə bağlı faciəni araşdırmaq üçün komissiya yaradılıb

Qazaxıstanın Fövqəladə Hallar Nazirliyi Akmola vilayətinin Şuçinsk şəhərində baş verən fövqəladə hadisəni araşdırmaq üçün idarələrarası komissiya yaradıb.

Hadisə dünən gecə baş verib. Şuçinsk kafesində baş verən qaz-hava partlayışı nəticəsində yeddi nəfər həlak olub, 28 nəfər yaralanıb, onlardan 13-ü xəstəxanaya yerləşdirilib.

NTV  Qazaxıstan Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, komissiyaya Daxili İşlər, Səhiyyə, Əmək və Sosial Müdafiə, Energetika, Sənaye və Tikinti, Ədliyyə, Ticarət və İnteqrasiya nazirliklərinin rəhbərləri və Akmola vilayəti icra orqanının nümayəndələri daxildir.

Komissiyaya hadisənin səbəblərini hərtərəfli araşdırmaq və analoji hadisələrin qarşısını almaq üçün tədbirlər hazırlamaq tapşırılıb. Yaralılara və mərhumların ailələrinə tibbi və psixoloji dəstək göstəriləcək. Akmola vilayətinin rəhbərliyinə qurbanların dəfn mərasiminin təşkili həvalə edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM