Almaniya Kansleri Fridrix Merts martın 3-də ABŞ-yə səfər edəcək.
NTV xəbər verir ki, Kansler ofisinin məlumatına əsasən, həmin gün F.Merts Ağ Evdə ABŞ Prezidenti Donald Tramp ilə görüşəcək. Sonra hər iki lider birgə nahar edəcəklər.
Görüşdə ikitərəfli münasibətlər, iqtisadi və təhlükəsizlik məsələləri, Rusiyanın Ukraynaya qarşı müharibəsi, eləcə də Yaxın Şərqdəki vəziyyət müzakirə olunacaq.
