satellite   Azerspace-1: 11135 H 30000

Əbu-Dabiyə raket hücumu zamanı bir nəfər ölüb - YENİLƏNİB

Əbu-Dabiyə raket hücumu zamanı bir nəfər ölüb<font color='red'> - YENİLƏNİB</font>

Əbu-Dabi şəhərinə raket hücumu zamanı bir nəfər ölüb.

NTV Birləşmiş Ərəb Əmirliklərinin Xəbər Agentliyi istinadla bildirir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

13:58

Birləşmiş Ərəb Əmirliklərinin Xəbər Agentliyi bildirib ki, Dubay və Əbu-Dabi şəhərləri raket hücumuna məruz qalıb. İtkilər barədə məlumat verilmir.

13:53

İranın hərbi hava qüvvələri ABŞ-nin regiondakı hərbi bazalarına raket hücumlarını davam etdirir. Əbu-Dabidə partlayış səslərinin eşidildiyi haqqında məlumatlar yayılıb.

NTV xəbər verir ki, bundan qabaq Küveytdə, Bəhreyndə, Qətərdə partlayış olması barədə məlumat yayılmışdı. Ərəb ölkələrinin hava məkanlarına daxil olan raketlərin neytrallaşdırıldığı qeyd olunub.

İran televiziyası bildirib ki, İran ABŞ-nin regiondakı hərbi bazalarını hədəf alır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM