satellite   Azerspace-1: 11135 H 30000

IRIB: SEPAH-ın baş komandanı Pakpur həlak olub

IRIB: SEPAH-ın baş komandanı Pakpur həlak olub

İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı general-mayor Məhəmməd Pakpur ABş və İsrail zərbələri nəticəsində həlak olub.

NTV xəbər verir ki, bu barədə İranın Dövlət Televiziyası (IRIB) məlumat yayıb.

Məlumata görə, hücumlar zamanı İranın ali dini rəhbərinin müşaviri Əli Şamxani də öldürülüb. Artıq Pakpurun yerinə briqada generalı Əhməd Vahidi təyin edilib.

Qeyd edək ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən on dörd hərbi bazasına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti olaraq bağlayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM