satellite   Azerspace-1: 11135 H 30000

Özbəkistan XİN: İranda xəsarət alanlar arasında respublika vətəndaşı yoxdur

Özbəkistan XİN: İranda xəsarət alanlar arasında respublika vətəndaşı yoxdur

Tehrana və İranın digər şəhərlərinə endirilən zərbələr nəticəsində Özbəkistan vətəndaşı xəsarət almayıb.

NTV-nin xəbərinə görə, bu barədə Özbəkistanın Xarici İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

"İranda xəsarət alanlar arasında Özbəkistan vətəndaşı yoxdur. Özbəkistan Respublikasının İrandakı səfirliyi hazırda İranda 81 Özbəkistan vətəndaşının olduğunu bildirir", - açıqlamada deyilir.

Səfirliyin məlumatına görə, onlardan səkkizi diplomatik nümayəndəlik işçisi, doqquzu Qumda təhsil alan tələbə, 55 nəfəri İranda daimi yaşayan vətəndaş və doqquzu şəxsi səfərlərdə olan şəxslərdir.

Mətbuat xidməti qeyd edib ki, səfirlik həmvətənlərlə daimi əlaqə saxlayır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM