satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan və Özbəkistan XİN başçılarının görüşündə ölkəmizlə həmrəylik ifadə olunub

Azərbaycan və Özbəkistan XİN başçılarının görüşündə ölkəmizlə həmrəylik ifadə olunub

Martın 7-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İstanbul şəhərində Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası çərçivəsində Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidov ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən NTV-yə verilən məlumata görə, görüş zamanı Yaxın Şərqdə mövcud təhlükəsizlik vəziyyəti və regionda müşahidə olunan hərbi eskalasiya ətrafında fikir mübadiləsi aparılıb.

İran İslam Respublikası ərazisindən Azərbaycanın Naxçıvan Muxtar Respublikasına qarşı həyata keçirilmiş və mülki infrastrukturun zədələnməsi və mülki vətəndaşların xəsarət alması ilə nəticələnmiş dron hücumları ilə bağlı Azərbaycanla həmrəylik ifadə olunub.

Hücumlardan dərhal sonra Özbəkistanın Prezidenti başda olmaqla, Özbəkistan tərəfinin Azərbaycana dəstək ifadə edən açıqlamalarına görə təşəkkür ifadə olunub.

Görüş zamanı Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətlərindən irəli gələn məsələlər, yüksəksəviyyəli təmasların davam etdirilməsi və müxtəlif sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM