Türkiyəyə 72 cinayətkar ekstradisiya olunub, onlardan 32-si "qırmızı bülleten" ilə, 40-ı isə milli səviyyədə axtarışda olub.
NTV xəbər verir ki, bu barədə məlumat Türkiyə Daxili İşlər Nazirliyinin (DİN) "X"dəki hesabında yayılıb.
Bildirilib ki, Türkiyəyə ekstradisiya olunanlardan 54-ü Gürcüstan, 9-u Almaniya, 2-si Monteneqroda olub. "Argentina, Kolumbiya, İraq, Rusiya, İsveç, Şimali Kipr Türk Respublikası və Bolqarıstanın isə hərəsindən 1 nəfər Türkiyəyə gətirilib",- DİN-in məlumatında qeyd olunub.
