satellite   Azerspace-1: 11135 H 30000

Zelenski Trampla görüşmək istəyir

Zelenski Trampla görüşmək istəyir

Ukrayna və ABŞ komandaları sanksiya siyasəti və təhlükəsizlik zəmanətləri ilə bağlı fəal məsləhətləşmələr aparırlar. Lakin əsas məsələlərin həlli üçün iki prezident arasında şəxsi görüş zəruridir.

NTV xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, dialoq hazırda danışıqlar qrupu səviyyəsində davam edir. Zelenskinin sözlərinə görə, komandalar sanksiya təzyiqi də daxil olmaqla geniş məsələləri müzakirə edirlər.

Zelenski qeyd edib ki, Trampla Rusiyaya qarşı sanksiyaları və ya ABŞ məhdudiyyətlərinin yumşaldılmasını müzakirə etməyib. Bununla belə, o, ABŞ lideri ilə birbaşa əlaqəyə ehtiyac olduğunu deyib. “Danışıqlarla bağlı bir çox problemimiz var. Düşünürəm ki, indi prezidentlər görüşməlidir. Çünki komandalar işləyir, amma həll olunmamış bəzi məsələlərimiz var. Komandalarımız görüşümüz üzərində daha çox çalışmalıdırlar", - deyə Ukrayna Prezidenti vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM