satellite   Azerspace-1: 11135 H 30000

Pakistan Qəndəhardakı terrorçuların düşərgələrinə zərbələr endirib

Pakistan Qəndəhardakı terrorçuların düşərgələrinə zərbələr endirib

Pakistan Silahlı Qüvvələri bazar günü gecə Əfqanıstanın Qəndəhar vilayəti ərazisindəki hərbi mövqelərə və yaraqlıların sığınacaqlarına bir sıra zərbələr endirib.

NTV xəbər verir ki, bu barədə Pakistanın informasiya və teleradio yayımı naziri Attaulla Tarar "X" sosial şəbəkəsində məlumat verib.

"Əməliyyatlar çərçivəsində Pakistan ordusu Qəndəharda Əfqanıstan "Taliban"ı və yaraqlıların Pakistanın mülki əhalisinə qarşı hücumların təşkilində istifadə etdikləri texniki dəstək obyektlərini və anbar qurğularını da ləğv edib", - o qeyd edib.

Nazir dəqiqləşdirib ki, endirilən zərbələr nəticəsində Əfqanıstan silahlı birləşmələrinin və "Fitnə əl-Xavaric" (əvvəlki adı "Tehrik-i-Taliban Pakistan" - red.) qruplaşmasının yaraqlılarının texniki təchizat anbarı kimi xidmət edən tunel də dağıdılıb.

Qeyd edək ki, martın 13-də Əfqanıstanın müdafiə qurumu Pakistanın Xeybər-Paxtunxva vilayətindəki hərbi obyektlərə, eləcə də Pakistanın paytaxtı İslamabada zərbələr endirildiyini bəyan edib. Pakistan ordusunun mətbuat xidmətinin rəsmi bəyanatına görə, bütün pilotsuz uçuş aparatları (PUA) ələ keçirilib və nəzərdə tutulan hədəfləri vura bilməyib. Bu hücumun ardınca Pakistan prezidenti Asif Əli Zərdari Qabilin "qırmızı xətti keçdiyini" bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM