“Airbus” üçün pilotsuz döyüş təyyarələrini 2029-cu ilədək Almaniya silahlı qüvvələrinə təhvil verməyə çalışır.
NTV xəbər verir ki, işlər Münxendəki zavodda ABŞ-li tərəfdaşla birgə aparılır. Süni intellektə əsaslanan “MindShare” adlı proqram təminatı pilotu əvəz edir, həmçinin döyüş şəraitində qrupları koordinasiya etməyi bacarır.
Sınaq uçuşlarının 2026-cı ilin sonunadək keçirilməsi nəzərdə tutulur.
