satellite   Azerspace-1: 11135 H 30000

İtaliyada hər həftə 2500-dən çox kiberhücum qeydə alınır

İtaliyada hər həftə 2500-dən çox kiberhücum qeydə alınır

İtaliyada təşkilatlar həftədə orta hesabla 2507 kiberhücuma məruz qalır. Bu göstərici ötən illə müqayisədə 3 faiz, qlobal orta göstəricidən (2086 hücum) isə 20,2 faiz çoxdur.

NTV  ANSA agentliyinə istinadla xəbər verir ki, “Check Point Research” şirkətinin son qlobal hesabatına görə, korporativ şəbəkələrdən göndərilən hər 31 sorğudan biri gizli məlumatların ifşasına səbəb ola bilər.

Bildirilir ki, çatbotların geniş yayılması hakerlər üçün əlavə imkanlar yaradır və onlar komprometasiya olunmuş sistemlər vasitəsilə istifadəçi adları və şifrələri ələ keçirməyə çalışırlar.

İtaliya Fransa və Braziliya ilə birlikdə fidyə proqramı hücumlarının qurbanlarının sayına görə dünyada ilk beşlikdə yer alır. Bu hücumlardan ən çox zərər çəkən sahələr hökumət sektoru, media və telekommunikasiya sahələridir.

Şirkət kibertəhlükələrin davamlı xarakter aldığını bildirərək, hücumların qarşısının alınması üçün süni intellekt əsaslı proaktiv müdafiə sistemlərinin tətbiqini zəruri hesab edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM