satellite   Azerspace-1: 11135 H 30000

İsraildə qədim kilsə qalıqları aşkar edilib

İsraildə qədim kilsə qalıqları aşkar edilib

İsrailin Negev səhrasındakı qədim Nessana ərazisində aparılan qazıntılar zamanı 1400 illik kilsənin qalıqları aşkarlanıb.

NTV İsrail TPS-IL informasiya agentliyinə istinadla xəbər verir ki, Negev Ben Qurion Universitetinin tədqiqatçıları tərəfindən Nitzana Milli Parkında aparılan araşdırmalar bu ərazinin vaxtilə xristian zəvvarlar üçün mühüm mərkəz olduğunu göstərir. Məlumata görə, kilsədən günümüzə çatan əsas miras zəngin naxışlarla bəzədilmiş mozaika döşəmədir. Qazıntılar zamanı, həmçinin hospis və hamam kompleksi də aşkar edilib.

Qeyd edilib ki, yaşayış məntəqəsi Bizans dövründə Sinay istiqamətində uzanan ziyarət marşrutunun əsas nöqtələrindən biri olub.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM