satellite   Azerspace-1: 11135 H 30000

ABŞ Rusiya Müdafiə Nazirliyinin qurumlarına və bir sıra fiziki şəxslərə sanksiya tətbiq edib

ABŞ Rusiya Müdafiə Nazirliyinin qurumlarına və bir sıra fiziki şəxslərə sanksiya tətbiq edib

Vaşinqton administrasiyası kütləvi qırğın silahlarının (KQS) yayılmaması haqqında daxili qanunvericiliyin pozulduğu iddiası ilə Rusiya Müdafiə Nazirliyinin strukturlarına və fiziki şəxslərə qarşı məhdudlaşdırıcı tədbirlər görüb.

NTV xəbər verir ki, ABŞ Dövlət Departamentinin Federal Reyestrdə dərc olunan bildirişinə əsasən, sanksiyalar siyahısına Rusiya Quru Qoşunları, Müdafiə Nazirliyinin Baş Raket və Artilleriya İdarəsi, Qabaqcıl Xidmətlərarası Tədqiqatlar və Xüsusi Layihələr İdarəsi, eləcə də digər qurumlar və şirkətlər daxildir. Siyahıda həmçinin bir sıra fiziki şəxslərin də adı var.

İran, Şimali Koreya və Suriya ilə bağlı tətbiq edilən məhdudiyyətlər ABŞ-nin federal agentliklərinə həmin qurum və şəxslərdən mal, texnologiya və xidmət almağı, eləcə də onlara hər hansı dəstək göstərməyi qadağan edir. İki il müddətinə qüvvədə olan sanksiyalar çərçivəsində hərbi məhsulların tədarükü və lisenziyalaşdırılması da dayandırılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM