satellite   Azerspace-1: 11135 H 30000

Livan nümayəndə heyəti İsraillə danışıqlar üçün Romaya yollanır

Livan nümayəndə heyəti İsraillə danışıqlar üçün Romaya yollanır

Livan ABŞ-ın vasitəçiliyi ilə İsraillə aparılan danışıqların növbəti mərhələsində iştirak etmək üçün Romaya genişləndirilmiş nümayəndə heyəti göndərir.

NTV "Əl-Ərəbi Əl-Cədid" nəşrinə istinadən xəbər verir ki, diplomat Simon Karamin rəhbərlik edəcəyi nümayəndə heyətinin tərkibinə hərbi ekspertlər, səfirlər, hüquqşünaslar və iqtisadi müşavirlər daxildir.

Beyrut görüşdə İsrailin Livanın cənubundakı hərbi əməliyyatlarının tam dayandırılmasında israr edəcək. İyunun 26-da Vaşinqtonda imzalanmış çərçivə sazişinə əsasən, əməliyyatların dayandırılması, İsrail qoşunlarının mərhələli şəkildə geri çəkilməsi və Livan ordusunun həmin ərazilərdə yerləşdirilməsi müzakirə olunur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM