satellite   Azerspace-1: 11135 H 30000

Moskva vilayətinə dron hücumu nəticəsində beş nəfər ölüb

Moskva vilayətinə dron hücumu nəticəsində beş nəfər ölüb

Moskva vilayətinə gecə saatlarında edilən dron hücumu nəticəsində beş nəfər ölüb, altı sakin yaralanıb.

NTV  xəbər verir ki, bu məlumatı Moskva vilayətinin qubernatoru Andrey Vorobyov verib.

Çexov rayonuna hücum nəticəsində anbarda yanğın baş verib, həmçinin elektrik yarımstansiyasına və inzibati binaya ziyan dəyib.

Leninqrad vilayətində hava hücumundan müdafiə sistemləri 17 dronu məhv edib. Tosnenski rayonundakı anbar sahəsinə ziyan dəyib, bir nəfər yaralanıb.

“Wildberries” şirkətinin mətbuat xidməti bildirib ki, Leninqrad vilayətinin Krasnı Bor kəndində logistika obyektinə dron hücumu nəticəsində yanğın baş verib. Yanğınsöndürənlər hadisə yerindədirlər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM