satellite   Azerspace-1: 11135 H 30000

Gürcüstandan aralarında azərbaycanlı da olan 55 əcnəbi deportasiya edilib

Gürcüstandan aralarında azərbaycanlı da olan 55 əcnəbi deportasiya edilib

Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) Miqrasiya Departamentinin əməkdaşları son günlər keçirilən tədbirlər nəticəsində 55 əcnəbini ölkədən deportasiya ediblər.

NTV xəbər verir ki, tədbirlər ölkə DİN-in digər aidiyyəti dövlət qurumları ilə koordinasiya şəraitində həyata keçirilib.

Miqrasiya Departamentinin məlumatına görə, kompleks tədbirlər nəticəsində Türkiyə, Hindistan, Rusiya, Türkmənistan, Özbəkistan, Azərbaycan, Pakistan, Somali, Ermənistan, Sudan, Tailand, Misir, İraq və digər ölkələrdən olan ümumilikdə 55 əcnəbi Gürcüstandan çıxarılıb.

Qeyd olunub ki, qüvvədə olan qanunvericiliyə əsasən, deportasiya edilən şəxslərin Gürcüstana yenidən girişinə qadağa qoyulub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM