Pakistanda yanacaq qiymətlərinin artması fonunda 11,83 milyon nəqliyyat vasitəsi sahibi əhaliyə yanacaq dəstəyi proqramında qeydiyyatdan keçib.
NTV "Dawn"a istinadən xəbər verir ki, bu məlumatlar oktyabrın 14-nə olan vəziyyətə görə təqdim olunub.
Proqram aşağı gəlirli sürücülərə maaliyyə yardımını nəzərdə tutur.
Dəstək yanacaqdoldurma məntəqələrində istifadə edilə bilən elektron talonlar vasitəsilə göstərilir. Vətəndaşlar verilmiş 27,64 milyon talonun 91 %-dən çoxundan istifadə ediblər.
