satellite   Azerspace-1: 11135 H 30000

Ukrayna müharibəsində 400-ə yaxın uşaq ölüb

Ukrayna müharibəsində 400-ə yaxın  uşaq ölüb

Rusiya ordusunun Ukraynaya silahlı təcavüzü nəticəsində 380 uşaq həlak olub, daha 737 uşaq isə yaralanıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğunun “Telegram” səhifəsində məlumat paylaşılıb.

Bildirilib ki, müharibə dövründə uşaqlar ən çox Donetsk vilayətində - 388, Xarkov vilayətində - 204, Kiyev vilayətində - 116, Çerniqov vilayətində - 68, Nikolayev vilayətində - 67, Luqansk vilayətində - 61, Xerson vilayətində - 55, Zaporojya vilayətində - 46 zərər çəkib.

Qeyd edək ki, Rusiya ordusu bu ilin fevralın 24-də Ukraynaya qarşı hərbi əməliyyatlara başlayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM