satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə ordusu Suriyada altı terrorçu zərərsizləşdirib

Türkiyə ordusu Suriyada altı terrorçu zərərsizləşdirib

Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında davam etdirdiyi "Sülh bulağı", "Fərat qalxanı" və "Zeytun budağı" antiterror əməliyyatı bölgələrində ümumilikdə 6 terrorçu zərərsizləşdirib.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi bildirib.

Qeyd olunur ki, Türkiyə hərbçiləri hücum hazırlığında olan PKK mənsublarının qarşısını alıb. Türkiyə ordusunun itkilərinin olmadığı deyilir.

Qeyd edək ki, avqust ayı ərzində 90 terrorçunun məhv edildiyi bildirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM