satellite   Azerspace-1: 11135 H 30000

Türkiyədən Pakistana üçüncü yardım qatarı yola salınıb

Türkiyədən Pakistana üçüncü yardım qatarı yola salınıb

Pakistanda meydana gələn sel və daşqın fəlakətində zərər çəkən, evsiz qalan insanlara Türkiyənin humanitar yardımı davam edir.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Türkiyənin üçüncü “Yaxşılıq Qatarı” Ankaradan yola düşüb. Humanitar yardım qatarının 5-6 gün ərzində təbii fəlakət bölgəsində olacağı bildirilir. Qatarı təşkil edən 25 vaqona 421 ton humanitar yardım yüklənib.

Xatırladaq ki, Türkiyənin daxili işlər naziri Süleyman Soylu və ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum sel fəlakətinin baş verdiyi Pakistana səfər ediblər.

Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) koordinasiyalığı əsasında Türkiyədən göndərilən qardaş yardımı təyyarələrlə də daşınır. İndiyədək 15 yük təyyarəsi ilə zəruri yük göndərilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM