satellite   Azerspace-1: 11135 H 30000

Nikol Paşinyan: Ermənistan Azərbaycanla sərhədlərin açılmasında maraqlıdır

Nikol Paşinyan: Ermənistan Azərbaycanla sərhədlərin açılmasında maraqlıdır

Rəsmi Yerevan ilə Bakı arasında Qarabağa dair intensiv danışıqlar gedir.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın Vladivistok şəhərində keçirilən Şərq İqtisadi Forumunda bildirib.

O deyib ki, həm Ermənistanın strateji müttəfiqi, həm də Azərbaycanın çox yaxın tərəfdaşı kimi Rusiyanın bu məsələdə dəstəyinə ümid bəsləyir. Baş nazir Ermənistanın Azərbaycanla sərhədlərin açılmasında maraqlı olduğunu da vurğulayıb.

N.Paşinyan ölkəsinin Türkiyə ilə də münasibətlər qurmasında Rusiyanın dəstəyinə ümid bəslədiyini qeyd edib. O, Türkiyə ilə danışıqların artıq başlandığını xatırladıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM