satellite   Azerspace-1: 11135 H 30000

Mersində baş verən meşə yanğınının söndürülməsinə Türkiyə Silahlı Qüvvələri səfərbər edilib

Mersində baş verən meşə yanğınının söndürülməsinə Türkiyə Silahlı Qüvvələri səfərbər edilib

Türkiyənin Mersin vilayətində baş verən meşə yanğınının söndürülməsi üçün Türkiyə Silahlı Qüvvələrinin quru qoşunlarının hərbiçiləri səfərbər ediliblər.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Mersinin Gülnar rayonunda baş verən meşə yanğını bölgədə əsən güclü küləyin təsiri ilə qısa zaman ərzində geniş sahəyə yayılıb. Alovlar yaşayış evlərini təhlükə altına alıb. Bu səbəbdən 30 evin sakinləri təxliyə ediliblər.

Yanğının söndürülməsində 11 xüsusi təyyarə, 29 helikopter, 138 yanğınsöndürən maşın və çox sayda briqada iştirak edir.

Alovlarla mübarizə üçün Mersin Valiliyinin tələbi əsasında Türkiyə ordusunun əsgərləri də səfərbər ediliblər.

Əsgərlərə yanğınla mübarizə ilə yanaşı, həm də bölgədəki əhalinin və heyvanların təxliyəsi ilə bağlı təlimat verilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM