satellite   Azerspace-1: 11135 H 30000

Avropa Komissiyası Ukraynaya 5 milyard avroluq yardımı təsdiqləyib

Avropa Komissiyası Ukraynaya 5 milyard avroluq yardımı təsdiqləyib

Avropa Komissiyası Ukraynaya 5 milyard avroluq makromaliyyə yardımının ayrılmasını təsdiqləyib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen tviter səhifəsində yazıb.

“Ukraynadakı vəziyyət bizim ciddi dəstəyimizi tələb edir. Bu gün Avropa Komissiyası Ukraynaya əlavə 5 milyard avro makromaliyyə yardımı təklif edir. Bu, Avropa İttifaqının maliyyə və humanitar yardım şəklində ayırdığı 10 milyard avronu tamamlayır”, - deyə Ursula Fon der Lyayen əlavə edib.

Bundan əvvəl Ukraynanın Baş naziri Denis Şmıxal bildirmişdi ki, ölkəsi Avropa İttifaqından uzunmüddətli kreditlər şəklində 5 milyard avro makromaliyyə yardımı alacağını gözləyir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM